“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçalada Uşaqlar Gününə həsr olunmuş “Möcüzəli Kitabın Sirri” adlı tamaşa nümayiş olunub

01/06/2026, 09:45
xeber1

ETİHİ Neftçala rayon Komitəsinin təşəbbüsü ilə 1 iyun Uşaqlar Gününə həsr olunmuş “Möcüzəli Kitabın Sirri” adlı tamaşa uşaqların ürəyincə oldu.

Lənkəran Dövlət Dram Teatrının təqdim etdiyi tamaşa balaca tamaşaçılara unudulmaz anlar yaşadıb.

Səhnədə qurulan rəngarəng dekorlar, sehrli atmosfer, musiqi və əyləncə dolu səhnələr uşaqların böyük marağına səbəb olub. Nağıl dünyasını xatırladan tamaşa boyunca balacaların sevinc dolu baxışları və alqışları tədbirə xüsusi rəng qatıb.

“Möcüzəli Kitabın Sirri” uşaqlar üçün hazırlanmış musiqili və əyləncəli nağıl tamaşası kimi hər kəsin yaddaşında xoş təəssürat yaradıb.

Tamaşanın Quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynovaya ETİHİ Neftçala rayon Komitəsi adından dərin təşəkkürümüzü bildiririk.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: