Xəbərlər
Neftçalada uzun illərini təhsilin inkişafına həsr etmiş qocaman müəllimlə görüş keçirilib

ETİHİ Neftçala Rayon Komitəsinin uğurla həyata keçirdiyi “Könüllü qonaq” layihəsi çərçivəsində növbəti görüş Elton Həbibov adına 4 nömrəli tam orta məktəbin uzun illərini təhsilin inkişafına həsr etmiş fədakar pedaqoqu, ibtidai sinif müəllimi Qurbanova Böyükxanım Heydər qızının evində təşkil edilib.
Məktəb kollektivinin də qatıldığı bu səmimi görüş illərin yadigarı olan xatirələrin dilə gəldiyi duyğulu anlarla yadda qalıb. Görüş zamanı Böyükxanım müəllimənin uzunmüddətli və nümunəvi pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. Ona təhsilə verdiyi dəyərli töhfələrin rəmzi olaraq gül dəstələri, fəxri fərman və mükafat təqdim edilib.
Sonda Böyükxanım müəllim və ailə üzvləri göstərilən diqqət və qayğıya görə təşkilatçılara öz dərin minnətdarlıqlarını bildiriblər."






