Xəbərlər
Neftçalanın kənd bağçasında ittifaq üzvləri ilə görüş keçirilib
12/05/2026, 09:52

ETİHİ Neftçala rayon Komitəsi “Ey hörmətli müəllim!” layihəsi çərçivəsində Neftçala rayon Qədimkənd kənd uşaq bağçasında ittifaq üzvləri ilə görüş keçirib. Komitənin sədri Könül Məmmədova bağçada çalışan müəllimlərlə səmimi söhbətlər aparıb, iş şəraiti ilə yaxından tanış olub.







