“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçalanın qocaman təqaüdçüsü ziyarət olunub

22/09/2026, 15:29
xeber1

ETİHİ Neftçala rayon Komitəsi “Könüllü qonaq” layihəsi çərçivəsində bu dəfə Neftçala rayonu Xıllı qəsəbə tam orta ümumtəhsil məktəbin təqaüddə olan riyaziyyat müəllimi Hüseynov Səfalı Rəsul oğlunu ziyarət edib.

Görüş zamanı Xıllı qəsəbəsində yaşayan təqaüdçü müəllimin şərəfli və zəngin əmək fəaliyyətindən danışılıb, onun gənc nəslin yetişdirilməsində göstərdiyi xidmətlər yüksək dəyərləndirilib. Səfalı müəllimə Komitə tərəfindən fəxri fərman və mükafat təqdim olunub.

“Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftəliyevanın və şagirdlərinin görüşə qatılması Səfalı müəllimə olduqca sevindirici və duyğulu anlar yaşadıb. Səmimi söhbət zamanı ötən illər xatırlanıb, müəllimlik peşəsinin şərəfi və məsuliyyəti haqqında fikirlər bölüşülüb.

Səfalı müəllim və ailəsi göstərilən diqqət və qayğıya görə ETİHİ ailəsinə təşəkkürünü bildirib.

Məlumat üçün bildirək ki, Səfalı müəllim 1971–1977-ci illərdə Xıllı qəsəbə tam orta ümumtəhsil məktəbində müəllim, 1977–1987-ci illərdə Boyat kənd tam orta ümumtəhsil məktəbində direktor, 1987–1989-cu illərdə Astanlı kənd tam orta ümumtəhsil məktəbində direktor,

1989–1998-ci illərdə Xıllı qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbində direktor müavini, 1998–2016-cı illərdə isə Xıllı qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim kimi işləyib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: