Xəbərlər
Neftçalanın ucqar kəndi Qaçaqkənddə ittifaq üzvləri ilə görüş keçirilib

Neftçala rayonu Nəriman Bəşirov adına Qaçaqkənd kənd tam orta ümumtəhsil məktəbində ittifaq üzvləri ilə görüş keçirilib.
Görüşün əsas məqsədi ittifaq üzvləri ilə birbaşa ünsiyyət qurmaq, onların təklif və müraciətlərini dinləmək, iş şəraiti ilə tanış olmaq, həmçinin sosial-iqtisadi hüquqlarının qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermək olmuşdur.
Eyni zamanda, məktəbin rus dili müəllimi Cəfərova Yasəmən İzzət qızı və ibtidai sinif müəllimi Qurbanova Məryam Əlifağa qızının yubileyləri də qeyd olunub. Yubiley tədbirində müəllimlərə uzunmüddətli səmərəli fəaliyyətinə görə fəxri fərman, gül dəstələri və mükafat təqdim olunub.
Tədbir zamanı çıxış edənlər yubilyarların pedaqoji və ictimai fəaliyyətindən, onların gənc nəslin yetişdirilməsində göstərdikləri əvəzsiz xidmətlərdən bəhs ediblər. Bildirilib ki, bu cür dəyərli müəllim və əməkdaşların fəaliyyəti hər zaman yüksək qiymətləndirilməli, onların təcrübəsi gənc nəslə nümunə kimi təqdim olunmalıdır.
Görüşün sonunda ittifaq üzvlərinin səsləndirdiyi fikir və təkliflər diqqətlə dinlənilib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.










