“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçalanın ucqar kəndində yaşayan təqaüdçü müəllimə baş çəkildi

31/07/2026, 10:15
xeber1

ETİHİ Neftçala Rayon Komitəsinin həyata keçirdiyi “Könüllü qonaq” layihəsi çərçivəsində növbəti görüş Neftçala rayonu Aşağı Surra kənd ümumi orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi olmuş Dadaşov Rahil Ağkərim oğlu ilə keçirilib.

Layihə çərçivəsində müəllimlərin keçmiş həmkarlarının da görüşə qoşulması bu səmimi məclisə xüsusi rəng qatıb. Uzun illərin zəhmətini, xatirələrini və dostluq bağlarını özündə birləşdirən bu görüş duyğulu anlarla yadda qalıb.

Görüş zamanı Rahil müəllimə uzunmüddətli pedaqoji fəaliyyətinə və təhsilin inkişafına verdiyi dəyərli töhfələrə görə fəxri fərman təqdim olunub.

Sonda göstərilən diqqət və qayğıya görə təşkilatçılara və qonaqlara dərin minnətdarlıq bildirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: