“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçalanın Xol Qarabucaq, Xəzər kənd və Xoltəzəkənd kənd məktəblərində ittifaq üzvləri ilə görüş keçirilib

01/06/2026, 09:52
xeber1

ETİHİ Neftçala rayon Komitəsi tərəfindən həyata keçirilən “Ey hörmətli müəllim!” layihəsi çərçivəsində Neftçala rayonu Faiq Həziyev adına Xol Qarabucaq və Xəzər kənd tam orta və Xoltəzəkənd ümumi orta ümumtəhsil məktəblərinin ittifaq üzvləri ilə görüş keçirilib.

Görüşün əsas məqsədi ittifaq üzvləri ilə birbaşa ünsiyyət qurmaq, onların təklif və müraciətlərini dinləmək, həmçinin sosial-iqtisadi hüquqlarının qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermək olmuşdur.

Komitənin sədri Könül Məmmədova müəllimlərlə səmimi söhbətlər aparıb, onların iş şəraiti ilə yaxından tanış olub, sosial və psixoloji təhlükəsizlik vəziyyəti barədə məlumat toplayıb.

Görüşün sonunda ittifaq üzvlərinin səsləndirdiyi fikir və təkliflər diqqətlə dinlənilib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Daha sonra kollektivin səs çoxluğu ilə Xoltəzəkənd məktəbinin kitabxanaçısı Şəlalə İbadova ilk Həmkarlar İttifaqı Təşkilatının yeni sədri seçilib.

Məktəbdə sağlam, hörmətə əsaslanan, bir-birinə dayaq olan kollektiv mühitinin formalaşmasında gördüyünüz işlərdə sizə uğurlar arzulayırıq, əziz Şəlalə müəllim!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: