Xəbərlər
Nərgiz müəllimənin 80-ci baharı

Həzi Aslanov adına 175 nömrəli tam orta məktəbin uzun illər boyu şagirdlərə yol göstərmiş, dərslərində bilik qədər sevgi də paylamış, ürəyində hələ də müəllimlik həvəsi yaşayan dəyərli müəllimi Abdullayeva Nərgiz Əhməd qızı bu günlərdə 80-ci baharını qeyd edib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi olaraq onun illər ərzində göstərdiyi səmərəli zəhməti, sonsuz səbrini, şagirdlərə göstərdiyi qayğıkeşliyi və təhsilə qoyduğu dəyəri böyük hörmət və minnətdarlıqla xatırlayırıq.
Məktəb kollektivi də bu gözəl münasibətlə Nərgiz müəllimənin yanında oldu, evində səmimi bir görüş keçirdi.
Müəllimlik illər keçsə də solmayan, hər yeni nəsildə təzələnən bir bahardır.
Nərgiz müəlliməni bir daha səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, əzizlərinin əhatəsində xoş günlər diləyirik!




