“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Nəriman Nərimanov adına 3 nömrəli məktəbin kollektivi İsmayıllıda ekskursiyada olub.

10/07/2026, 10:04
xeber1

Bərdə şəhəri Nəriman Nərimanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə İsmayıllı rayonuna birgünlük ekskursiya təşkil olunub.

Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi və ölkəmizin füsunkar guşələri ilə yaxından tanışlığın təmin edilməsi olub.

Səfər çərçivəsində iştirakçılar İsmayıllının zəngin təbiəti, tarixi-mədəni abidələri və görməli yerlərini ziyarət edib, xoş və yaddaqalan anlar yaşayıblar. Ekskursiya kollektiv üzvləri tərəfindən böyük məmnunluqla qarşılanıb və onların asudə vaxtının səmərəli keçirilməsinə töhfə verib.

Təhsil işçiləri yaradılan şəraitə və göstərilən diqqətə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür maarifləndirici və sosial əhəmiyyətli tədbirlərin davamlı olmasını arzulayıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: