“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Nərimanovda Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

08/10/2025, 17:29
xeber1

7 oktyabr - Ümumdünya Layiqli Əmək Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsi tərəfindən Nərimanov rayon M.Şəhriyar adına 193 nömrəli tam orta məktəbdə dəyirmi masa keçirilib.

Tədbirdə ilk həmkar sədrləri və ittifaq üzvləri iştirak ediblər. Görüş zamanı Ümumdünya Layiqli Əmək Gününün mahiyyəti, işçilərin əmək hüquqlarının qorunması, təhlükəsiz və layiqli iş şəraitinin yaradılmasının vacibliyi, həmkarlar ittifaqlarının bu sahədə rolu müzakirə olunub.

Qeyd olunub ki, əmək münasibətlərində ədalət və bərabərliyin təmin olunması, insan əməyinə hörmət prinsipi həmkarlar ittifaqlarının əsas məqsədlərindən biridir.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: