Xəbərlər
Nəsimi Rayon Komitəsində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl tədbirləri təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin üzv təşkilatlarında olan 266 nömrəli tam orta məktəbin kollektivi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbirini qeyd ediblər. Tədbirə təşkilatçılığı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsi edib. Gözəl əhval-ruhiyyədə keçən tədbir kollektivin xoş təəssüratları ilə yadda qalıb. Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova məktəb kollektivini qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.






