Xəbərlər
Nəsimi Rayon Komitəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş yarışların qalibləri mükafatlandırılıb.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin və Bakı Şəhər Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş yarışların şəhər mərhələsində dama və voleybol üzrə qalib gəlmiş Nəsimi Rayon Komitəsinin üzvü olan təhsil işçiləri üçün təqdimat tədbiri keçirilib.
Tədbirdə ETİHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova qalibləri yeni təqvim ili münasibətilə təbrik edib, onlara möhkəm can sağlığı və peşə fəaliyyətlərində davamlı uğurlar arzulayıb. Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təsis edilmiş kubok, diplom və medallar qaliblərə təqdim olunub.
Təqdimat mərasimində Respublika Komitəsinin məsul işçisi Nadir Əliyev da iştirak edərək qalibləri səmimi sözlərlə təbrik edib, idman və ictimai fəallıqlarında yeni nailiyyətlər arzulayıb.
Tədbir çərçivəsində iştirakçılar üçün səhər yeməyi təşkil olunub. Səmimi və işgüzar mühitdə keçən görüş həm idman nailiyyətlərinin dəyərləndirilməsi, həm də kollektiv həmrəyliyin möhkəmlənməsi baxımından yadda qalıb.









