“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Nəsimi Rayon Komitəsinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub.

18/03/2026, 16:00
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nəsimi Rayon Komitəsi tərəfindən Ramazan ayı boyunca oruc tutmuş üzvlər üçün keçirilən iftar süfrəsi birlik, həmrəylik və mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb. Tədbirdə Rayon Komitəsinin aparat işçiləri,ilk təşkilat sərdləri,şəhid ailələri və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. 

Tədbir çərçivəsində çıxış edən Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova müqəddəs Ramazan ayının insanları xeyirxahlığa, mərhəmətə və qarşılıqlı dəstəyə səslədiyini vurğulayıb, bu ayın cəmiyyətimizdə milli-mənəvi dəyərlərin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib. O, həmçinin ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin salamlarını və Ramazan təbriklərini tədbir iştirakçılarına çatdırıb.İftar süfrəsi ətrafında səmimi mühitdə keçən görüş zamanı iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb. Tədbir iştirakçılar tərəfindən yüksək dəyərləndirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: