“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Nəsimi Rayon Komitəsinin təşkilatçılığı ilə xalqımızın qədim və zəngin ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə bayram tədbiri təşkil olunub.

18/03/2026, 18:04
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nəsimi Rayon Komitəsi tərəfindən keçirilən tədbir milli-mənəvi dəyərlərimizin təbliği, adət-ənənələrimizin qorunub saxlanılması və kollektiv üzvlər arasında həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb. Tədbirdə Rayon komitəsinin aparat işçiləri,ilk təşkilat sədrləri,təhsil müəssisələrinin nümayəndələri və şəhid ailələri iştirak ediblər.


Tədbiri açıq elan edən Reyhan Ocaqova Ulu Öndərin və vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib, daha sonra çıxış edən sədri Novruz bayramının xalqımızın həyatında mühüm yer tutduğunu, birlik, yenilənmə və bərəkət rəmzi olduğunu vurğulayıb. O, bayram münasibətilə iştirakçıları təbrik edərək onlara firavanlıq, sağlamlıq və uğurlar arzulayıb. Eyni zamanda, ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin salamlarını və bayram təbriklərini tədbir iştirakçılarına çatdırıb.


Bayram tədbiri çərçivəsində Novruz adət-ənənələrini əks etdirən müxtəlif kompozisiyalar, musiqi və rəqs nömrələri təqdim olunub, milli atributlarla bəzədilmiş süfrələr iştirakçılarda xoş ovqat yaradıb. Səmimi və bayram əhval-ruhiyyəsində keçən tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: