“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Nəsimi Rayon Komitəsinin üzv təşkilatında 65 illik yubiley qeyd olunub

06/04/2026, 16:54
xeber1

Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan 52 saylı körpələr evi uşaq bağçasının müdiri Zeynalova Rəna Nadir qızının 65 illik yubileyi qeyd olunub. Tədbirdə iştirak edən Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova Rəna xanımı təbrik edərək, Rayon Komitəsi adından Fəxri Fərman,qiymətli hədiyyə və gül dəstəsi təqdim edib.

Tədbir çərçivəsində çıxış edənlər Rəna Zeynalovanın uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyətini, kollektiv arasında qazandığı hörmət və nüfuzu xüsusi vurğulayıblar. Onun rəhbərlik etdiyi müəssisədə uşaqların hərtərəfli inkişafı, sağlam və təhlükəsiz mühitdə böyüməsi istiqamətində görülən işlər yüksək qiymətləndirilib.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: