Xəbərlər
Nəsimi Rayon Komitəsinin üzv təşkilatlarında Novruz Bayramı qeyd olunub.

11 nömrəli Xüsusi Təhsil Məktəbinin xüsusi qayğıya ehtiyacı olan şagirdləri Novruz bayramı münasibətilə təşkil olunmuş tədbirdə böyük həvəslə iştirak edərək öz bacarıq və istedadlarını nümayiş etdiriblər. Tədbir çərçivəsində şagirdlər tərəfindən təqdim olunan rəngarəng kompozisiyalar, səhnəciklər, şeir nümunələri və musiqi-rəqs çıxışları onların yaradıcılıq potensialını və fərdi qabiliyyətlərini aydın şəkildə ortaya qoyub.
Şagirdlərin çıxışları bayramın milli-mənəvi ruhunu əks etdirməklə yanaşı, onların cəmiyyətə inteqrasiyası, özünə inamının artırılması və sosial bacarıqlarının inkişafı baxımından da xüsusi əhəmiyyət daşıyıb. Tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb, şagirdlərin səyləri yüksək qiymətləndirilib.










