“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Nəsimi rayonu Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

06/03/2026, 14:54
xeber1

Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə məktəbin pedaqoji kollektivi və qonaqlar iştirak ediblər. Tədbiri açıq elan edən 23 nömrəli tam orta məktəbin direktoru Hənifəyeva Nigar Əli qızı kollektivi təbrik edərək, onların təhsil sahəsində sərf etdikləri əməyin, zəhmətin böyük qiymətləndirildiyini nəzərə çatdırıb. Daha sonra çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova qadınları bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edib, onlara möhkəm cansağlığı, ailə səadəti və fəaliyyətlərində uğurlar arzulayıb. Eyni zamanda ETİHİ sədrinin salamlarını və təbrikini çatdırıb. Sədr çıxışında qeyd edib ki, qadınlar cəmiyyət həyatının bütün sahələrində, xüsusilə də təhsil sistemində mühüm rol oynayırlar. Gənc nəslin vətənpərvər, savadlı və yüksək mənəvi dəyərlərə malik vətəndaş kimi formalaşmasında müəllim qadınların zəhməti əvəzsizdir.Tədbir zamanı qadın müəllimlərin əməyinin yüksək qiymətləndirildiyi vurğulanıb, onların cəmiyyətin inkişafına verdikləri töhfələrdən bəhs edilib. Qadınlara xoş arzular çatdırılıb və bayram münasibətilə təbriklər səsləndirilib. Sonda şagirdlərin hazırladıqları bədii kompozisiyalar təqdim olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: