“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Nəsimi rayonunda sağlam psixo-sosial iş mühitinə həsr olunmuş tədbir keçirilib.

10/04/2026, 16:46
xeber1

Əməyin mühafizəsinin əsas istiqamətlərindən biri olan sosial-psixoloji iş mühitinin yaradılması mövzusuna həsr olunmuş tədbir Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə keçirilib.Tədbirdə ilk təşkilat sədri və direktor mövzu üzrə çıxış edib, iştirakçılara sağlam psixo-sosial mühitin formalaşdırılmasının əhəmiyyəti, iş yerlərində qarşılıqlı hörmət, effektiv kommunikasiya və işçilərin psixoloji rifahının qorunmasının vacibliyi barədə ətraflı məlumat verib. Onlar, həmçinin iş yerlərində psixo-sosial risk faktorlarının vaxtında müəyyən edilməsi və aradan qaldırılmasının işçilərin məhsuldarlığına və ümumi iş mühitinə müsbət təsir göstərdiyini vurğulayıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və bu kimi maarifləndirici tədbirlərin davamlı keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: