Xəbərlər
Nəsimi rayonunda sağlam psixo-sosial iş mühitinə həsr olunmuş tədbir keçirilib

Əməyin mühafizəsinin əsas istiqamətlərindən biri olan sosial-psixoloji iş mühitinin yaradılması mövzusuna həsr olunmuş tədbir Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan 111 saylı körpələr-evi uşaq bağçasında keçirilib.
Tədbirdə ilk təşkilat sədri mövzu üzrə çıxış edib, iştirakçılara sağlam psixo-sosial mühitin formalaşdırılmasının əhəmiyyəti, iş yerlərində qarşılıqlı hörmət, effektiv kommunikasiya və işçilərin psixoloji rifahının qorunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Həmçinin iş yerlərində psixo-sosial risk faktorlarının vaxtında müəyyən edilməsi və aradan qaldırılmasının işçilərin məhsuldarlığına və ümumi iş mühitinə müsbət təsir göstərdiyini vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və bu kimi maarifləndirici tədbirlərin davamlı keçirilməsinin əhəmiyyəti qeyd olunub.



