Xəbərlər
Nəsimi Rayonunda Zəfər Gününə həsr olunmuş Voleybol yarışı təhsil işçiləri arasında birlik və sağlam rəqabət ruhu yaradıb.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş voleybol yarışları keçirilib. Yarışlarda rayonun 14 ümumtəhsil məktəbinin komandaları iştirak edib.
Yüksək peşəkarlıq və əzmlə davam edən qarşılaşmalar müəllimlər arasında sağlam həyat tərzinin təbliği, kollektiv ruhun gücləndirilməsi və yüksək əhval-ruhiyyənin formalaşdırılması baxımından böyük əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, bu cür tədbirlər ittifaq üzvləri arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və əməkdaşlığın inkişafına töhfə verir.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində başa çatan turnirin nəticələrinə əsasən, 46 nömrəli tam orta məktəbin komandası qalib adını qazanmışdır. 23 nömrəli tam orta məktəb ikinci, 14 nömrəli tam orta məktəb üçüncü, 164 nömrəli tam orta məktəb isə dördüncü yeri tutub.
Qalib komandalar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsi tərəfindən Kubok, “Fəxri Fərman” və pul mükafatları ilə təltif edilib.
Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova iştirakçılara təşəkkür edərək qeyd etmişdir ki, bu cür yarışların təşkili həm müəllimlərin fiziki sağlamlığına, həm də kollektivlər arasında həmrəyliyin və Zəfər Gününün mənəvi dəyərinin daha dərindən yaşadılmasına xidmət edir. İştirakçılar yaradılan şəraitə,göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına və Nəsimi Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.




































