Xəbərlər
Nəsimi Rayonunun üzv təşkilatlarında bayram tədbirləri qeyd olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan 211 nömrəli tam orta məktəbdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir təşkil olunub. Tədbir ETİHİ Nəsimi Rayon Komitəsinin təşkilatçılığı ilə keçirilib.Tədbirdə çıxış edən ETİHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin salamlarını və səmimi bayram təbriklərini iştirakçılara çatdırıb. O, çıxışında qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik və həmrəyliyimizin rəmzidir və bu dəyərlərin qorunması hər birimizin üzərinə böyük məsuliyyət qoyur.Eyni zamanda Reyhan Ocaqova il ərzində təhsilin inkişafına töhfə verməyə çalışan məktəb kollektivinin bütün üzvlərini qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayıb.







