“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Netfçalada 80 yaşlı müəllimin yubiley tədbiri keçirilib

25/08/2026, 09:59
xeber1

“Könüllü qonaq” bu dəfə uzun illər təhsil sahəsində şərəfli fəaliyyət göstərmiş təqaüddə olan müəllim Əkbərov Səfalı Abdulrəhim oğlunun qonağı olub.

“Könüllü qonaq” layihəsi çərçivəsində bu dəfə ömrünün 80-ci ilini qarşılayan, Neftçala şəhər 1 və 4 nömrəli tam orta ümumtəhsil məktəblərinin rus dili müəllimi olmuş Əkbərov Səfalı Abdulrəhim oğlunun yubiley tədbirində iştirak etdik.

Səfalı müəllimin 80 illik yubileyi münasibətilə təşkil olunan görüş doğma və səmimi ab-havası ilə yadda qalıb. Tədbirdə onun yetirmələri – keçmiş şagirdləri, uzun illər çiyin-çiyinə çalışdığı müəllim həmkarları, ailə üzvləri və yaxınları iştirak edərək yubilyara xoş arzularını çatdırıblar. Görüş boyu Səfalı müəllimin həyat və pedaqoji fəaliyyətinə dair maraqlı xatirələr səsləndirilib, keçmiş günlər yad edilib, onun insan və müəllim kimi formalaşdırdığı dəyərlərdən söz açılıb.

Tədbirdə çıxış edən ETİHİ Neftçala Rayon Komitəsinin sədri Könül Məmmədova Səfalı müəllimi 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və doğmalarının əhatəsində xoş günlər arzulayıb. Qeyd edilib ki, müəllim ömrünün ən böyük qazancı yetişdirdiyi şagirdlər, qazandığı hörmət və illər keçsə də unudulmayan xoş xatirələrdir.

Daha sonra Səfalı müəllimə fəxri fərman və xatirə hədiyyəsi, həyat yoldaşı Səadət müəllimə isə gül dəstələri təqdim olunub.

Səmimi söhbətlər, xoş xatirələr, gülüş və duyğulu anlarla müşayiət olunan görüş hər kəs üçün əziz və yaddaqalan olub. Bir zamanlar onun sinfində əyləşən şagirdlərin bu gün müəllimlərinin 80 illik yubileyində onunla bağlı xatirələrini bölüşməsi isə tədbirin ən kövrək və qürurverici məqamlarından biri olub.

Əziz Səfalı müəllim, Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sağlam, firavan və mənalı ömür arzulayırıq. Qoy bundan sonrakı illəriniz də doğmalarınızın sevgisi, keçmiş şagirdlərinizin hörməti və gözəl xatirələrin işığında keçsin!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: