Xəbərlər
Netfçalada mətbuat günü qeyd olunub

Neftçalada Milli mətbuatın yaranmasının 151-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Görüşdə icra nümayəndələri, ziyalılar, veteran mətbuat və mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak edirdi. Milli mətbuatımızın keçdiyi inkişaf yolu, söz azadlığının əhəmiyyəti, jurnalistikanın cəmiyyətin formalaşmasındakı rolu ətrafında maraqlı fikir mübadiləsi aparıldı. Tədbir zəngin xatirələr, səmimi söhbətlər və xoş təəssüratlarla yadda qaldı.
ETİHİ Neftçala raton Komitəsinin sədri Könül Məmmədova 10 ildən çox təhsil sahəsində xidmət etmiş, Milli mətbuatımızın inkişafına töhfə verən “Gündoğar” qəzetinin baş redaktoru Bədirə xanım Niftəliyevanı təbrik edərək ona gül dəstələri, fəxri fərman və xatirə hədiyyəsi təqdim edib.
Vətən və dövlətçilik naminə çalışan bütün media nümayəndələrini peşə bayramları münasibətilə təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq!














