“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“İnformasiya texnologiyalarının startapda rolu” müzakirə olunub

24/04/2026, 01:15
xeber1

Azərbaycan Memarlıq və İnşaat Unievrsiteti (AzMİU) Mexanika və informasiya texnologiyaları fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin tələbələri ilə “İnformasiya texnologiyalarının startapda rolu” mövzusunda müzakirə aparılıb. 

Tədbir çərçivəsində İnnovativ biznes inkubator şöbəsinin müdiri Rasim Abdullayev startap ekosistemində informasiya texnologiyalarının (İT) rolu, texnologiyanın biznes proseslərinə təsiri, eləcə də bu sahədə formalaşan yeni imkanlar ətrafında ətraflı məlumat verib. İştirakçılar həm nəzəri, həm də praktik baxımdan dəyərli məlumatlar öyrənib, İT-nin startap fəaliyyətində nə qədər vacib yer tutduğunu bir daha yaxından görmək imkanı qazanıblar.

Qeyd edək ki, bu kimi müzakirələr gənclərin innovasiya dünyasında texnologiyanın imkanlarını daha yaxşı anlamağına və yeni baxışlar formalaşdırmağına əhəmiyyətli töhfə verir.


Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: