Xəbərlər
İnformasiya və kommunikasiya şöbəsinin əməkdaşları üçün İsmayıllıya istirahət-gəzintisi təşkil olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə İnformasiya və kommunikasiya şöbəsinin əməkdaşları üçün İsmayıllı rayonuna istirahət-gəzintisi təşkil edilib. Əməkdaşların işgüzar fəaliyyətinə mənəvi dəstək göstərilməsi, asudə vaxtlarının səmərəli təşkili və kollektivdə sağlam ünsiyyət mühitinin daha da möhkəmləndirilməsi məqsədilə təşkil olunan səfər xoş təəssüratlarla yadda qalıb. İsmayıllının ecazkar təbiəti və füsunkar mənzərələri fonunda keçirilən gəzinti iştirakçılara dincəlmək, yeni enerji toplamaq və xoş anlar yaşamaq imkanı yaradıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsi üzvlərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və kollektiv həmrəyliyinin gücləndirilməsi istiqamətində bu cür təşəbbüsləri gələcəkdə də davam etdirəcək.



