“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Nizami kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Gədəbəy rayonuna ekskursiya təşkil olunub.

28/05/2026, 21:43
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən Nizami kənd tam orta ümumtəhsil məktəbinin kollektivinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, həmçinin əməkdaşların mənəvi-psixoloji rifahının dəstəklənməsi məqsədilə 28 may 2026-cı il tarixində Gədəbəy rayonuna ekskursiyası təşkil olunub. Ekskursiya çərçivəsində kollektiv üzvləri rayonun zəngin təbiəti, əsrarəngiz mənzərələri və görməli məkanları ilə yaxından tanış olublar. Səfər zamanı iştirakçılar rayonun tarixi və mədəni irsi haqqında məlumat əldə edib, bölgənin turizm potensialını əks etdirən məkanlarda olublar. Gəzinti müddətində kollektiv üzvləri arasında qarşılıqlı ünsiyyətin genişlənməsi, həmrəylik və dostluq münasibətlərinin daha da güclənməsi üçün əlverişli şərait yaranıb. Ekskursiya iştirakçıların gündəlik iş fəaliyyətindən kənar səmərəli istirahətinin təmin olunmasına, kollektiv ruhunun yüksəldilməsinə və əməkdaşlar arasında pozitiv münasibətlərin inkişafına öz töhfəsini verib. Təbiət qoynunda təşkil olunan istirahət proqramı iştirakçılar tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: