“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Nizami Rayon Komitəsi “Zəfər 5” yubiley gününü qeyd edib

07/11/2025, 14:24
xeber1

6 noyabr 2025-ci il tarixində ETİHİ Nizami Rayon Komitəsinin təşkilatçılığı ilə “Zəfər 5” yubiley günü münasibətilə təntənəli bayram tədbiri keçirilib.

Tədbir Nizami rayonunun təhsil müəssisələrində çalışan Şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, qazilər, həmçinin ilk təşkilat sədrləri və məktəb direktorlarının iştirakı ilə “Cihan” şadlıq sarayında baş tutub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Komitə sədri Sübut Əsədov tədbirin açılışında çıxış edərək ETİHİ sədri Araz Paşayevin təbriklərini iştirakçılara çatdırıb. O, həmçinin Zəfərin əldə olunmasına aparan tarixi anlar və hadisələrin xronoloji ardıcıllığı barədə geniş məlumat verib.

Daha sonra Şəhid ailələrinin üzvləri – Əminə xanım, Kəmalə xanım və Yasəmən xanım çıxış edərək göstərilən diqqət və qayğıya görə ETİHİ rəhbərliyinə və Nizami Rayon Komitəsinə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə həmçinin “Təhsil” jurnalının baş redaktoru Sarvan müəllim, məktəb direktorları Vüsalə xanım və Səbinə xanım çıxış edərək Zəfər Gününün əhəmiyyəti və bu kimi tədbirlərin gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsindəki rolundan danışıblar.

Bayram tədbiri musiqi sədaları və Zəfər Gününə həsr olunmuş bədii proqram ilə davam edib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: