Xəbərlər
Nizami Rayon Komitəsinin ilk təşkilat sədrləri üçün Qubaya istirahət gəzintisi təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə Nizami Rayon Komitəsinin ilk təşkilat sədrlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Quba rayonunda yerləşən “Nazlı bulaq” istirahət mərkəzinə gəzinti təşkil olunub.
Gəzintinin əsas məqsədi həmkarlar ittifaqı fəallarının asudə vaxtlarının səmərəli keçirilməsi, onların sosial rifahının yaxşılaşdırılması, eyni zamanda kollektiv daxilində ünsiyyətin və həmrəyliyin daha da gücləndirilməsi olub.
İştirakçılar səfər çərçivəsində Qubanın füsunkar təbiəti ilə yaxından tanış olub, təmiz dağ havasında dincələrək müxtəlif istirahət proqramlarında iştirak ediblər. Səmimi mühitdə keçən görüşlər, maraqlı söhbətlər və birgə fəaliyyətlər tədbir iştirakçıları tərəfindən böyük məmnunluqla qarşılanıb.Bu cür tədbirlərin təşkili həmkarlar ittifaqı üzvlərinin sosial-mənəvi rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Yaradılan gözəl şəraitə görə ilk təşkilat sədrləri ETİHİ Respublika Komitəsinə təşəkkürlərini bildiriblər.







