“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Nizami Rayon ümumtəhsil məktəbləri arasında Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş mini-futbol turniri keçirilib

17/03/2026, 14:15
xeber1

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Nizami rayonunda yerləşən ümumi təhsil müəssisələrinin əməkdaşları arasında mini-futbol turniri təşkil olunub.

Turniri giriş sözü ilə açan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, belə yarışların keçirilməsi həm Ulu Öndərin zəngin dövlətçilik irsinin təbliği, həm də təhsil işçiləri arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd olunub ki, turnirin keçirilməsində əsas məqsəd:

  • Ulu Öndərin zəngin dövlətçilik irsinin təbliği;
  • Təhsil işçiləri arasında həmrəyliyin və birliyin möhkəmləndirilməsi;
  • Sağlam həyat tərzinin təşviqi və idmana marağın artırılmasıdır.

Bildirilib ki, turnirin nəticələrinə əsasən rayonun mini-futbol üzrə yığma komandasının formalaşdırılması da nəzərdə tutulur.

Ümummilli Liderin əziz xatirəsinə ehtiram xarakteri daşıyan bu idman tədbiri pedaqoji kollektivlər arasında sağlam rəqabət mühitinin formalaşmasına və idman ruhunun yüksəldilməsinə xidmət edib. ⚽

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: