Xəbərlər
Nizami rayonu 175 saylı körpələr evi–uşaq bağçasının müdiri Ülviyyə Məmmədovanın doğum günü qeyd olunub

06 yanvar 2025-ci il tarixində Bakı şəhəri Nizami rayonu 175 saylı körpələr evi–uşaq bağçasının müdiri Məmmədova Ülviyyə Şəkər qızının doğum günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Ülviyyə Məmmədovanın uzunillik səmərəli fəaliyyəti, məktəbəqədər təhsilin inkişafına verdiyi töhfələr, eləcə də uşaqların sağlam və vətənpərvər ruhda tərbiyəsi sahəsində göstərdiyi xidmətlər xüsusi qeyd olunub.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov Ülviyyə Məmmədovanı doğum günü münasibətilə təbrik edərək ona Fəxri Fərman, gül dəstəsi və qiymətli hədiyyə təqdim edib. Çıxışında Ülviyyə Məmmədovanın rəhbər kimi peşəkarlığı, kollektivlə səmərəli əməkdaşlığı və təhsil sahəsinə məsuliyyətli yanaşması yüksək qiymətləndirilib.
Tədbirin sonunda Ülviyyə xanıma möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulanıb.





