“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Nizami rayonunda “AHİK Plus” rəqəmsal platformasının təqdimatına həsr olunmuş maarifləndirici görüşlər davam etdirilir

04/11/2026, 15:07
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nizami Rayon Komitəsinin təşkilatçılığı ilə Nizami rayonunda yerləşən 32 və 201 nömrəli tam orta məktəblərdə, eləcə də “Bənövşə” uşaq bağçasında həmkarlar ittifaqı üzvləri üçün “AHİK Plus” rəqəmsal platformasının təqdimatına həsr olunmuş maarifləndirici görüşlər keçirilib.

Görüşlərdə ETİHİ Respublika Komitəsinin əməkdaşları Afaq Ramaldanova və Ağca Məmmədova iştirak edərək videoçarx vasitəsilə “AHİK Plus” tətbiqinin istifadə qaydaları və imkanları barədə ətraflı məlumat veriblər.

Tədbirlərin əsas məqsədi həmkarlar ittifaqı üzvlərini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının həyata keçirdiyi “AHİK Plus” layihəsinin imkanları, istifadə qaydaları və təqdim etdiyi üstünlüklərlə tanış etmək olub.

Təqdimat zamanı iştirakçılara platformanın əsas funksiyaları, qeydiyyat prosesi, sosial tərəfdaş müəssisələrdə təqdim olunan endirim və güzəştlərdən yararlanma qaydaları izah edilib. Həmçinin platforma vasitəsilə əldə edilən QR kodun istifadəsi, şəxsi kabinetin təhlükəsizliyi, endirimlərin tətbiq şərtləri və texniki problemlərlə bağlı müraciət vasitələri haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, “AHİK Plus” platforması həmkarlar ittifaqı üzvləri üçün nəzərdə tutulmuş rəqəmsal tətbiqdir. Layihənin əsas məqsədi üzvlərin sosial rifahının yüksəldilməsinə dəstək olmaq, onların gündəlik həyatında əlavə imkanlar yaratmaq, sosial tərəfdaş müəssisələrin təqdim etdiyi endirim, bonus və xüsusi güzəştlərdən faydalanmalarına şərait yaratmaqdır.

ETİHİ Nizami Rayon Komitəsi üzvlərin sosial imkanlarının genişləndirilməsi, hüquq və imtiyazları barədə məlumatlılığının artırılması istiqamətində maarifləndirici tədbirləri bundan sonra da davam etdirəcək.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: