Xəbərlər
Nizami rayonunda I Qarabağ müharibəsi şəhidinin dəfn mərasimi keçirilib
28/10/2025, 00:25

I Qarabağ müharibəsində Xocalı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Mübariz Şahmurovun xatirəsinə dərin ehtiramla dəfn mərasimi keçirilib.
Mərasimdə dövlət qurumlarının nümayəndələri, ictimaiyyət üzvləri, eləcə də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov iştirak edib.
Tədbir iştirakçıları şəhidin məzarı önünə gül dəstələri düzüb, onun ruhuna dualar oxuyublar.
Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin! Onların qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq.






