“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Nizami rayonunda təhsil işçilərinə bayram ərəfəsində sosial dəstək göstərildi

19/03/2026, 15:16
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin tabeliyində fəaliyyət göstərən ilk təşkilatlarda çalışan üzvlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində növbəti tədbir həyata keçirilib.

272 saylı tam orta məktəbdə təşkil olunan tədbirdə bildirilib ki, komitənin əhatə etdiyi müəssisələrdə çalışan 74 nəfər müxtəlif dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkir. Bununla yanaşı, 9 nəfər təhsil işçisinin sosial vəziyyətinin olduqca ağır olduğu diqqətə çatdırılıb.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov çıxış edərək həmkarlar ittifaqlarının üzvlərinin daim yanında olduğunu, onların sosial problemlərinin həllinə dəstəyin əsas prioritetlərdən biri olduğunu vurğulayıb. O, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Araz Paşayevin salamlarını tədbir iştirakçılarına çatdıraraq, onları qarşıdan gələn Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, hər kəsə möhkəm cansağlığı, firavanlıq və ruzi-bərəkət arzulayıb.

Daha sonra 238 nömrəli məktəbin HİK sədri Qəhrəman Qasımov və Kimya-Biologiya təmayüllü məktəbin həkimi Həmidə Əliəfsərova çıxış edərək belə təşəbbüslərin əhəmiyyətini vurğulayıb, ehtiyacı olan təhsil işçilərinə göstərilən diqqət və qayğının davamlı olmasının vacibliyini bildiriblər.

Tədbir çərçivəsində sosial dəstəyə ehtiyacı olan təhsil işçilərinə yardım göstərilib və onların problemlərinin həlli istiqamətində müvafiq addımların atılacağı qeyd olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: