“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Nizami rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə ehsan süfrəsi təşkil edilib

12/12/2025, 15:33
xeber1

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibətilə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən ehsan süfrəsi təşkil olunmuşdur. Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı, icra hakimiyyəti aparatının kollektivi, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri və təşkilatın kollektivi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami rayon komitəsinin əməkdaşları və təhsil işçiləri iştirak etmişlər.

Eyni zamanda, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, ərazidə fəaliyyət göstərən regional qurumların, idarə və müəssisələrin rəhbərləri və kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları tədbirə qatılmışlar.

Ehsan süfrəsində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilmiş, ruhuna dualar oxunmuşdur.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: