“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Nizami rayonunda “Uşaqların gözü ilə Heydər Əliyev irsi” adlı tədbir keçirilib

27/04/2026, 14:30
xeber1

Nizami rayonu 229 nömrəli tam orta məktəbdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Uşaqların gözü ilə Heydər Əliyev irsi” adlı tədbir təşkil olunub.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərə Ümummilli Liderin zəngin dövlətçilik irsinin, onun Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətlərinin daha yaxından tanıdılması, eyni zamanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfə vermək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şagirdlər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyalar, şeirlər, səhnəciklər və təqdimatlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Çıxışlarda Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif istiqamətləri, onun təhsilə, gənclərə və milli-mənəvi dəyərlərə göstərdiyi diqqət xüsusi vurğulanıb. Şagirdlərin təqdimatları “Uşaqların gözü ilə Heydər Əliyev irsi” mövzusunun nə qədər dolğun və yaradıcı şəkildə mənimsənildiyini bir daha nümayiş etdirib.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov da iştirak edib. O, çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında mühüm rolundan bəhs edib, bu cür tədbirlərin gənc nəslin formalaşmasında əhəmiyyətini vurğulayıb və tədbirin təşkilinə görə məktəb kollektivinə təşəkkürünü bildirib.

Sonda qeyd olunub ki, bu kimi maarifləndirici və vətənpərvərlik ruhunda keçirilən tədbirlər şagirdlərin dünyagörüşünün genişlənməsinə, milli kimlik və dövlətçilik dəyərlərinə bağlılığının güclənməsinə mühüm töhfə verir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: