“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Nizami rayonundan möhtəşəm qələbə

14/04/2026, 15:07
xeber1

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş qadınlar arasında basketbol yarışı uğurla keçirildi.

14 aprel 2026-cı il tarixdə Bakı şəhərinin Sabunçu, Xəzər, Nizami, Xətai və Qaradağ rayon komitələrinin qadınlardan ibarət yığma komandaları arasında keçirilən yarış gərgin və maraqlı mübarizə şəraitində yadda qaldı.

Dairəvi sistem üzrə təşkil olunan yarışlarda bütün komandalar yüksək əzmkarlıq nümayiş etdirdi. Nəticədə ən yüksək nəticəni göstərən Nizami rayon komandasının üzvləri bütün rəqiblərini geridə qoyaraq 🥇 birinci yerə layiq görüldü!

Qalibləri təbrik edir, bütün iştirakçılara gələcək yarışlarda uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: