Xəbərlər
Nizami rayonunun məktəbəqədər təhsil müəssisələrində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

🎈 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində balacalar üçün maraqlı əyləncə proqramları, musiqili-bədii kompozisiyalar, rəqs nömrələri, müxtəlif müsabiqə və oyunlar təşkil olunub. Uşaqlar öz istedadlarını nümayiş etdirərək bayram sevincini bölüşüblər.
Tədbirlərin əsas məqsədi uşaqların hüquqlarının qorunmasının vacibliyini diqqətə çatdırmaq, onların hərtərəfli inkişafına dəstək olmaq və balacalara unudulmaz bayram ovqatı yaşatmaq olub.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsi bütün uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, onlara sağlam, xoşbəxt və qayğısız gələcək arzulayır!


















