“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"İnklüziv İncəsənət Günləri" festivalının ikinci günü keçirilib.

04/07/2026, 17:17
xeber1

4 iyul 2026-cı il tarixində Bakıda, TheLandMark Rotunda-da iki gün davam edən "İnklüziv İncəsənət Günləri" festivalının son günü baş tutub.


Gün ərzində qonaqlar sərgi ilə tanış olaraq iştirakçıların yaradıcılıq işlərini yaxından izləyib, müəlliflərlə ünsiyyət qurmaq və onların hekayələrini dinləmək imkanı əldə ediblər.


Eyni zamanda müxtəlif istiqamətlər üzrə təşkil olunan masterklasslarda iştirak edərək yaradıcılıq prosesini birlikdə təcrübə ediblər.


Bədii proqramdan əvvəl iştirakçılar üçün psixoloqların iştirakı ilə seminar təşkil olunub. Görüş zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, psixoloji dəstək, sosial adaptasiya və şəxsi inkişaf mövzularında faydalı məlumatlar paylaşılıb.


Günün davamında isə musiqili ifalar və müxtəlif bədii təqdimatlarla festivalın yaradıcılıq proqramı davam edib.


Beləliklə, iki gün ərzində sənət, yaradıcılıq, ünsiyyət və inklüzivliyin bir araya gəldiyi festivalın son günü DJ şou ilə yekunlaşıb.


"İnklüziv İncəsənət Günləri" - fərqliliklərin bir araya gəldiyi, istedadların göründüyü və hər kəsin öz rəngini paylaşdığı iki unudulmaz gün.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: