Xəbərlər
Növbədənkənar seçki keçirilib
20/10/2026, 15:25

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan Nəsimi rayonu 115 nömrəli körpələr evi-uşaq bağçasında ilk həmkarlar ittifaqı təşkilatının sədrinin seçilməsi ilə bağlı növbədənkənar seçki keçirilib.
Seçkidə həmkarlar ittifaqının üzvləri iştirak edərək səsvermə yolu ilə öz seçimlərini ifadə ediblər. Seçki prosesində ETİHİ Nəsimi Rayon Komitəsinin nümayəndəsi Əsədova Pərvanə iştirak edib. Seçki nəticəsində ilk həmkarlar ittifaqının sədri Hüseynzadə Aytən Təmraz qızı seçilib.
Seçki prosesi həmkarlar ittifaqı üzvlərinin fəallığı və iştirakı ilə həyata keçirilib.









