Xəbərlər
Növbədənkənar seçki keçirilib

Bakı Slavyan Universiteti nəzdində Məktəb-lisey kompleksində növbədənkənar seçki keçirilib.Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan Bakı Slavyan Universiteti nəzdində fəaliyyət göstərən Məktəb-lisey kompleksində ilk həmkarlar ittifaqı təşkilatının sədrinin seçilməsi ilə bağlı növbədənkənar seçki keçirilib.
Tədbirdə ETİHİ Nəsimi Rayon Komitəsinin əməkdaşı Sahibə Abbasova qonaq qismində iştirak edib. O, çıxışı zamanı həmkarlar ittifaqlarının fəaliyyət istiqamətləri, əməkdaşların hüquq və mənafelərinin qorunması, əmək və sosial məsələlərin həllində təşkilatın rolu və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Daha sonra məktəbin direktor əvəzi Məmmədova Yeganə Hətəm qızı çıxış edərək həmkarlar ittifaqının kollektivin həyatındakı əhəmiyyətindən bəhs edib, öz fikir və mülahizələrini bölüşüb.Ardınca növbədənkənar seçki keçirilib. Həmkarlar ittifaqı üzvlərinin səsverməsinin nəticələrinə əsasən, Mirsəlimova Səidə Vahab qızı səs çoxluğu ilə Məktəb-lisey kompleksinin ilk həmkarlar ittifaqı təşkilatının yeni sədri seçilib.Yeni seçilən sədrə məsuliyyətli fəaliyyətində uğurlar arzulayır, kollektivin hüquq və mənafelərinin müdafiəsi istiqamətində səmərəli işlər diləyirik







