Xəbərlər
NÖVBƏDƏNKƏNAR YENİ SƏDR SEÇİLDİ

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan 38 nömrəli Körpələr Evi-Uşaq Bağçasında növbədənkənar həmkarlar ittifaqı sədri seçkisi keçirilib.
Seçkidə bağçanın əməkdaşları fəal iştirak edib, səsvermə açıq və demokratik şəraitdə təşkil olunub. Yekdil səs çoxluğu ilə tərbiyəçi Bayramova Pərvanə Tarix qızı yeni sədr seçilib.
Seçkilərdə ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli və komitənin məsul əməkdaşları iştirak edərək prosesə nəzarət ediblər.
Yeni seçilmiş sədr Bayramova Pərvanə Tarix qızı kollektiv qarşısında çıxış edərək əməkdaşların hüquqlarının müdafiəsi, sosial-əmək şəraitinin yaxşılaşdırılması və ittifaq fəaliyyətinin gücləndirilməsi istiqamətində fəal çalışacağını bildirib.
Tədbirdə əvvəlki sədrə fəaliyyətinə görə təşəkkür ifadə olunub, yeni sədrə və kollektivə uğurlar arzulanıb.






