“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Növbəti birgünlük səfərlər davam edir.

09/07/2026, 17:11
xeber1

Təhsil İşçilərinin asudə vaxtının səmərəli təşkili ,kollektivlər arasında birlik və mehribançılığın artırılması məqsədilə ETİHİ Hacıqabul Rayon Komitəsi tərəfindən növbət marağlı birgünlük ekskursiya təşkil olunmuşdur.Belə ki, ölkəmizin gözəl güşələrindən biri olan  Lerik rayonu istiqamətində şəhər 6 N-li tam orta məktəbi , Quba rayonu  istiqamətində isə Muğan qəsəbə və Navahı kənd tam orta məktəblərinin ittifaq üzvləri üçün gəzinti turlar təşkil olunmuşdur.Bildiyimiz kimi Hacıqabul rayonu rayonlar arasında ən isti olan bölgələrdən biridir. Rayonun ittifaq üzvləri ölkəmizin təbii gözəllikləri, sərin buz kimi bulaqları, yaşıl meşələri yaxından görür və yadda qalan anları şəkillər vasitəsilə telefona həkk edir.Onlar bu şəraitin yaradılması və belə cənnət-məkanlara səfərlərin təşkili üçün Dövlətimizin rəhbərliyinə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına  dərin minnətdarlığını bildirdilər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: