Xəbərlər
Növbəti vətəndaş qəbulu keçirilib

ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva tərəfindən növbəti vətəndaş qəbulu keçirilib. Həftənin dörd günü təşkil olunan qəbul zamanı ittifaq üzvlərini maraqlandıran suallar cavablandırılıb, onların müraciət və təklifləri dinlənilib.
Qəbul zamanı əsas diqqət ittifaq üzvlərinin sanatoriya-kurort xidmətlərindən istifadəsinin daha da asanlaşdırılmasına və əlçatanlığın artırılmasına yönəldilib. Bu məqsədlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən tətbiq olunan elektron rezervasiya sistemləri barədə ətraflı məlumat verilib, sistemin üstünlükləri və istifadə qaydaları izah olunub.
Bununla yanaşı, üzvləri maraqlandıran digər təklif və problemlər də müzakirə olunub. Səsləndirilən məsələlərin həlli istiqamətində aidiyyəti qurumlar qarşısında məsələlərin qaldırılacağı və müraciətlərin nəzarətdə saxlanılacağı bildirilib.








