Xəbərlər
Növbəti yubiley təbriki !
23/12/2025, 11:59

DƏYƏR - 65 layihəsi çərçivəsində uzun illər təhsilə töhfə vermiş Əliyeva Məxmər Qədir qızını 65 illik yubileyi münasibətilə Göygöl rayon Yeni Qızılca kənd tam orta ümumtəhsil məktəbinin kollektivi qarşısında təbrik etdik.
Təhsil müəssisəsində göstərdiyiniz xidmətlərə görə Sizə təşəkkür edirik Məxmər xanım.
Sizin zəhmətiniz məktəb həyatının ayrılmaz hissəsidir!
Sizə möhkəm can sağlığı, ailə səadəti və gələcək həyatınızda uğurlar arzulayırıq!
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi bundan sonra da DƏYƏR - 65 layihəsi çərçivəsində 65 yaşına çatmış hər bir təhsil işçisinin yubileyini uzun illər çalışdığı kollektiv qarşısında təntənəli formada təbrik etməkdə davam edəcək.







