Xəbərlər
Növcü kənd tam orta məktəbi müəlliməsi Mehri Hasilovanın 65 illik yubileyi münasibətilə səmimi görüş keçirildi.

Bu gün Növcü kənd tam orta məktəbi müəlliməsi Mehri Hasilovanın 65 illik yubileyi münasibətilə səmimi görüş keçirildi.
Yubiley münasibətilə müəlliməni Ağsu Rayon Təhsil Sektorunun müdiri Ramin Mahmudov və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsinin sədri Sevinc xanım birgə təbrik etdilər.
Uzun illər təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyəti, müəllim peşəsinə olan sevgisi və şagirdlərin yetişdirilməsindəki xidmətlərinə görə Mehri müəlliməyə gül buketi, qiymətli hədiyyə və fəxri fərman təqdim olundu.
Mehri müəlliməyə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.
Fədakar müəllim əməyiniz daim yüksək qiymətləndirilsin!






