Xəbərlər
Novruz bayramı münasibətilə göndərilən hədiyyələr təqdim olundu

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin ilk həmkar təşkilat sədrlərinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Elm və Təhsil işçiləri Həmkarlar ittifaqı Respublika Komitəsi
tərəfindən Novruz bayramı münasibətilə göndərilən hədiyyələr təqdim olundu.
Təqdimat zamanı həmkarlar ittifaqı sədrləri Novruz bayramında onların unudulmamasına və göstərilən diqqətə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədova, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Pashayev ə öz minnətdarlıqlarını bildirdilər.
Qeyd olundu ki, artıq bir ildən çoxdur təhsil işçilərinin bayramları və əlamətdar günləri diqqətdə saxlanılır, həmkarlar ittifaqı üzvlərinə daim qayğı göstərilir. Bu da təhsil işçilərinə olan diqqət və ehtiramın bariz nümunəsidir.







