“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Novruz Bayramı münasibətilə ilk təşkilat sədrlərinin iştirakı ilə təntənəli bayram tədbiri təşkil olunmuşdur.

16/03/2026, 12:10
xeber1

Elm və təhsil işçiləri həmkarlar ittifaqı Gəncə şəhər komitəsinin rəhbərliyinin təşəbbüsü ilə qarşıdan gələn Novruz Bayramı münasibətilə ilk təşkilat sədrlərinin iştirakı ilə təntənəli bayram tədbiri təşkil olunmuşdur. Tədbirdə HİK sədrləri bir araya gələrək baharın gəlişini və milli dəyərlərimizi əks etdirən səmimi və xoş mühitdə görüşmüş, həmkarlar arasında birlik və həmrəyliyin əhəmiyyəti bir daha vurğulanmışdır. Tədbir zamanı iştirakçılar öz ürək sözlərini söyləyərək bayram münasibətilə xoş arzularını bölüşmüşlər.

Səmimi ab-havada keçən tədbir iştirakçılar üçün yaddaqalan anlarla yadda qalmışdır. Görüş çərçivəsində həmkarlar arasında qarşılıqlı hörmət və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinin vacibliyi qeyd edilmiş, bu cür görüşlərin kollektiv həmrəyliyin güclənməsinə və gələcək fəaliyyətlərdə daha sıx əməkdaşlığa töhfə verdiyi vurğulanmışdır. Bayram ruhu ilə müşayiət olunan tədbir xoş təəssüratlarla başa çatmışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: