Xəbərlər
Novruz bayramı münasibətilə ittifaq üzvlərinə bayram hədiyyələri təqdim olundu.
13/03/2026, 15:22

Novruz bayramı münasibətilə Bərdə şəhərində yerləşən Ağdam rayonuna aid məktəblərdə çalışan ittifaq üzvlərinin övladları üçün nəzərdə tutulan bayram hədiyyələri təqdim olundu, onların bayramları təbrik edildi.
Tədbir çərçivəsində ittifaq üzvlərinə göstərilən diqqət və qayğının həmkarlar ittifaqının fəaliyyətində xüsusi yer tutduğu vurğulandı. Bildirildi ki, milli dəyərlərimizin yaşadılması, birlik və həmrəyliyin möhkəmləndirilməsi həmkarlar ittifaqının əsas fəaliyyət istiqamətlərindəndir.












