Xəbərlər
Novruz Bayramı münasibətilə ittifaq üzvlərinə bayram hədiyyələri təqdim olunub

ETİHİ Şabran Rayon Komitəsi tərəfindən Novruz Bayramı münasibətilə bir qrup ittifaq üzvünə bayram hədiyyələri təqdim edilib. Bu təşəbbüs üzvlərə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yüksək qiymətləndirilib.
Təqdim olunan hədiyyələr ittifaq üzvləri tərəfindən böyük sevinc və məmnunluq hissi ilə qarşılanıb. Bayram ab-havasında keçirilən tədbir iştirakçılar arasında xoş ovqat yaradıb, birlik və həmrəyliyin daha da möhkəmlənməsinə töhfə verib.
İttifaq üzvləri onlara göstərilən diqqətə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ünvanına dərin təşəkkürlərini ifadə ediblər. Qeyd olunub ki, bu cür sosial yönümlü addımlar üzvlərin rifahının yüksəldilməsi və onların motivasiyasının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.









