“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Novruz bayramı münasibətilə tədbir keçirilib

18/03/2026, 17:03
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin kollektivi ilə birlikdə Novruz bayramı münasibətilə tədbir keçirilib.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova Novruz bayramının əhəmiyyətindən, xalqımızın zəngin milli-mənəvi dəyərlərindən, adət-ənənələrinin qorunub yaşadılmasının vacibliyindən bəhs ediblər.


Qeyd olunub ki, Novruz bayramı xalqımızın birlik, həmrəylik və yenilənmə rəmzi olmaqla yanaşı, milli kimliyimizin mühüm göstəricilərindən biridir. Bu bayramın yüksək səviyyədə qeyd olunması dövlətimizin milli irsə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: